S-400-ləri gətirən ilk təyyarə bu gün Ankaraya endi

S-400-ləri gətirən ilk təyyarə bu gün Ankaraya endi

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında S-400 hava hücumundan müdafiə sisteminin ilk hissələrinin 12 iyul tarixində Rusiyadan Ankaraya gətirildiyi bəyan edilib.

Nazirliyin rəsmi internet saytında dərc edilmiş açıqlamada deyilir: “Uzun Mənzilli Regional Hava və Raket Müdafiəsi Sistemi Layihəsi çərçivəsində ölkə rəhbərliyi ilə Rusiya Federasiyasının “Rosoboronexport” qurumu arasında imzalanmış müqavilə çərçivəsində S-400 sisteminin tədarükünün ilk mərhələsi bu gün Ankaraya enən təyyarə ilə başlamışdır. Sistemə məxsus hissələrin təhvil verilməsi yaxın günlərdə davam edəcək. Sistem tam hazır olduqdan sonra əlaqədar təşkilatların müəyyənləşdirdiyi şəkildə istifadə edilməsinə başlanacaqdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA