S-400 iddiasına Rusiyadan CAVAB! - 250 yox, 400 km mənzilə malikdir

  • 2019-04-15 11:44:20
  • |
  • Dünya /

S-400 iddiasına Rusiyadan CAVAB! - 250 yox, 400 km mənzilə malikdir

Hurriyyet.org xəbər verir ki, son günlərdə S-400 hava hücumundan müdafiə sistemlərini gücsüz göstərmək üçün ortaya atılan iddialara Rusiyadan cavab gəlib. Rusiya S-400 raketlərinin mənzilinin 250 km yox, 400 km olduğunu bəyan edib.

Türkiyənin Rusiyadan S-400 alması sövdələşməsi həyata keçirilməkdədir və iyul ayında ilk təhvil əməliyyatının baş verməsi gözlənilir.

Bu proseslə bağlı ABŞ ilə Türkiyə arasında gərginlik baş veriri. ABŞ, S-400 sistemlərini alacağı təqdirdə Türkiyəyə qarşı sanskiya tətbiq edəcəyi ilə təhdid edir.

Son günlərdə isə S-400 sistemlərini gözdən salmaq məqsədilə bir iddia ortaya atılıb. S-400 raketlərinin mənzilinin 250 km olduğu iddia edilib. Lakin Rusiyanın “Kommersant” informasiya agentliyi Türkiyənin alacağı S-400 hava hücumundan müdafiə sisteminin raket mənzilinin 250 km yox, 400 km, radar mənzilinin isə 600 km olduğunu bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA