S-400 sistemləri ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı SANKSİYASI

  • 2019-06-07 12:26:47
  • |
  • Aktual /

S-400 sistemləri ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı SANKSİYASI

Hurriyyet.org xəbər verir ki, ABŞ ilə Türkiyə arasında davam etməkdə olan S-400 gərginliyi çərçivəsində ABŞ tərəfinin türk pilotlara F-35 təlimini verməməyi qərara aldığı iddia edilib. Mətbuatın yazdığına görə, Ankara ilə Vaşinqton arasında danışıqlarının davam elədiyi bir vaxtda ABŞ hakimiyyəti Türkiyəyə qarşı ilk sanksiyalarını tətbiq edib. “Röyters” agentliyinə istinad edilən xəbərə görə, Türkiyənin S-400 sövdələşməsi məsələsində geriyə addım atmadığına görə ABŞ iqtidarı Türkiyə pilotlarına F-35 təlimi verməməyi qərara alıb. Vaşinqton iqtidarı S-400 sistemləri ilə F-35 yeni nəsil hərbi təyyarələrini bir-birilərinə rəqib olan hərbi sistemlər kimi qəbul edir və bir ölkənin bu iki təhcizata birdən sahib olmasının F-35 proqramını risk qarşısında qoyacağını iddia edir.

Türk Silahlı Qüvvələrinə tabe olan 4 nəfər pilot, 2 nəfər təlimçi pilot və 20 nəfərlik yerdə xidmət komandası ABŞ-ın Arizona əyalətindəki Lyuk Hava Bazasında F-35-lərin idarəsi və istifadəsi ilə bağlı təlim görməyə davam etməkdədir. “Röyters”ə müsahibə verən iki amerikalı mənbə Vaşinqtonun qərarının təlim alan indiki personala aid olmadığını, Arizona ştatındakı pilotlarının təlimə davam edəcəyini bildirib.

İyunun ilk həftəsinə qədər möhlət verildi

F-35 hərbi təyyarələrinin istehsal prosesində də rol oynayan Türkiyə təyyarələrin istejsalçısı olan “Lockheed Martin” şirkətinə 9 milyard dollar qarşılığında 100 ədəd təyyarə sifariş edib. Verilən möhlət müddəti bu gün başa çatır. Lakin Türkiyənin müdafiə naziri Hulusi Akar, ABŞ-ın Türkiyəyə belə bir möhlət vermədiyini bildirib. Hökumət Rusiyadan S-400 alınmasının başa çatmış bir müqavilə olduğunu söyləyir və ilk təslimatın qısa müddət içərisində həyata keçiriləcəyini bildirir. Akar Ankaranın S-400 alması səbəbindən ABŞ-dan gələ biləcək mümkün sanksiyalara hazırlaşdığını da söyləyib.

ABŞ müdafiə nazirinin köməkçisinin birinci müavini Ketrin Vilbarqer, Türkiyənin S-400 sistemlərini almasının F-35 proqramı üçün dağıdıcı nəticələri olduğunu söyləyib: “S-400 hava hücumundan müdafiə sistemi F-35 hərbi təyyarələrini vurmaq üçün hazırlanmış bir rus sistemidir. Rusiyanın belə bir məlumat toplama fürsətini əldən verəcəyini düşünmək məntiqsiz olar”. “Röyters” informasiya agentliyi ABŞ MN Pentaqonun yeni pilotların gəlməsi proqramının dayandırılması bağlı xəbərlə əlaqədar şərh vermədiyini, lakin Ankara ilə “Patriot” hava müdafiəsi sistemlərinin satışıyla bağlı danışıqların davam elədiyini yazıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA