Saakaşvili axtarışa verildi

Saakaşvili axtarışa verildi

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili axtarışa verilib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib.

“Saakaşvilinin axtarışı elan edilib. Axtarışın aparılması Milli Polis və Ukrayna Təhlükəsizlik Xidmətinin operativ bölmələrinə tapşırılıb”, - mətbuat katibi “Tvitter”dəki mikrobloqunda yazıb.

Qeyd edək ki, Saakaşvili dekabrın 5-də cinayətkar təşkilatlara kömək və onların fəaliyyətinin gizlədilməsi haqqında cinayət işi çərçivəsində saxlanılıb. Lakin onun aparıldığı mikroavtobus Saakaşvilinin tərəfdarlarının hücumuna mərzu qalıb və sabiq qubernator azad edilib. Bundan sonra Saakaşvili prezident Pyotr Poroşenkonun impiçmentini tələb etmək üçün tərəfdarları ilə birlikdə Kiyevin mərkəzinə hərəkət edib.

Baş prokuror Yuri Lusenko bildirib ki, Kiyevdə etiraz aksiyası təşkil edən Saakaşvili sabiq prezident Viktor Yanukoviçin yaxın ətrafı, xüsusi halda biznesmen Sergey Kurçenko tərəfindən maliyyələşdirilir. Bildirilib ki, hədəf Ukraynada hakimiyyətin devirilməsidir.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin himayəsi altında hərəkət edən bir neçə min insan noyabr ayında Yanukoviç və Kurçenkonun hesabına Ali Radanın binasının tutulmasını planlaşdırırdılar. Ora Saakaşvilinin daxil edilməsi, hətta silahlardan istifadə planlardan biri idi”, - baş prokuror deyib.

Saakaşvili bu ittihamları təkzib edib.

  • Hamısı
  • Loading...

    QALEREYA