Saakaşvili Polşada danışdı: “Onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”

Saakaşvili Polşada danışdı: “Onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, M. Saakaşvili bu barədə "News One" kanalına açıqlamasında deyib. O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.

Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu.

Loading...

QALEREYA