Saakaşvili yaşlı qadını vurub yıxdı, qolunu sındırdı - VİDEO

Saakaşvili yaşlı qadını vurub yıxdı, qolunu sındırdı - VİDEO

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili və onun tərəfdarları Odessanın Malinovski rayon məhkəməsinin binasının qarşısında piket təşkil ediblər. Onlar qarışıqlıq yaradaraq, şəhər meri Gennadi Truxanovun işi üzrə iclasın keçirildiyi zala daxil olmağa cəhd ediblər.

Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, keçmiş “Krayan” zavodunun binasının alışına görə bütün ittihamlar sabiq merin üzərindən götürülüb.

Məhkəmənin qarşısında düşmüş dava vaxtı Saakaşvili yaşlı qadını vurub və o yıxılaraq qolunu sındırıb. Qadını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları Saakaşvilini və onun tərəfdarlarını məhkəmə binasından çıxarıblar.

“Bu qadın bizim arxamızca məhkəmədən çıxdı və Truxanovu müdafiə edən şüarlar səsləndirirdi, Truxanovun pul verib tutduğu başqa adamlar kimi bizim Odessanı tərk etməyimizi tələb edirdi və bu zaman iki əlini çox fəal şəkildə yelləyirdi. Qolları sınana heç oxşamırdı”, - Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Bildirildiyinə görə, Mixail Saakaşvili çoxdan bəri Truxanovun barışmaz rəqibidir və dəfələrlə şəhər merini korrupsiya hallarında ittiham edib.