Saakaşvili yenə saxlanıldı – VİDEO

Saakaşvili yenə saxlanıldı – VİDEO

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.

APA-nın “Unian.net”ə istinadən verdiyi xəbərə görə, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.

Loading...

QALEREYA