Sabirabadda əlil qadının evinə basqın olub

Sabirabadda əlil qadının evinə basqın olub

Sabirabadda yaşayış evinə basqın olub.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə martın 1-də Sabirabad şəhəri, İ.Gözəlov küçəsi, ev 2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2-ci qrup əlil Hicran Gözəlovanın yaşadığı evə basqın edən naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib qızıl əşyalar verməsini tələb edib. Naməlum şəxs səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, H. Gözəlovanın qonşusu olan Rüfət Kərimov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA