Sabirabadın 5 kəndi Novruzu qaranlıqda keçirib

  • 2019-03-21 09:11:43
  • |

Sabirabadın 5 kəndi Novruzu qaranlıqda keçirib

İşıq, istilik Novruz bayramının vaz keçilməz komponentləridir. Tarix boyu ulularımız Novruz ərəfəsində od qalamış, elliliklə tonqal ətrafına toplanmış, əylənmiş, ağırlıq-uğurluqlarını bu ocaq başlarında oda vermişlər. Hətta elektrik enerjisinin kəşf olunmadığı çağlarda belə, evimizə nur gətirən Novruz bu gün ölkəmizin bəzi yerlərində zülmət qaranlıqda qarşılanıb.

“Hürriyyət”ə şikayət edən Sabirabad rayonunun bəzi sakinlərinin bildirdiyinə görə, işıqları ayın 18-dən bəri yanmır. Elektrik kəsintisinin səbəbini anlaya bilməyən sakinlər Novruz bayramı ərəfəsində Sabirabadın ən azı 5 kəndi işıqsız qaldığını deyirlər. Novruz ərəfəsində qaranlığa qərq olan kəndlər bunlardır - Balvar, Surra, Qaralı, Axısxa, Kovlar.

“Qalmışıq qaranlıqda, bilmirik, Novruzdur, yoxsa qiyamət!”-kənd sakinləri əməkdaşımızla söhbətlərində belə deyiblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA