“Sağlamlığım yerində, özüm də iş başındayam…” - 82 yaşlı Elmira Süleymanova

“Sağlamlığım yerində, özüm də iş başındayam…” - 82 yaşlı Elmira Süleymanova

“Mənim haqqımda saytlarda nə yazırlarsa, yazsınlar. Şükür Allaha, sağlamlığım yerində, özüm də iş başındayam”.

Hurriyyet.org xəbər verir ki, unu “Report”a açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, sağlamlığında olan müəyyən problemlər fəaliyyətinə mane yaratmır: “Təbii ki, sağlamlığımda müəyyən problemlər var. Amma bu, mənim və ümumilikdə Ombudsan Aparatının fəaliyyətinə heç bir mənfi təsir göstərmir. Mən hər zaman iş başında olmuşam. İşimizin tempini heç vaxt azaltmamışıq. Biz fəaliyyətimizi təkcə Bakıda deyil, regionlarda, hətta ölkənin ən ucqar bölgələrində həyata keçiririk”.

Xatırladaq ki, E.Süleymanovanın 82 yaşı var və onun səlahiyyət müddəti 2 ildir ki, bitib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA