Sağsağan parkdakı uşağın GÖZÜNÜ OYDU

Sağsağan parkdakı uşağın GÖZÜNÜ OYDU

Hurriyyet.org xəbər verir ki, Avstraliyada parkda oynayan 6 yaşlı uşağın gözünü sağsağan oyub. Gözü oyulan uşağın anası deyib: “Sağ əli ilə gözünü tutaraq və çox yüksəkdən bağıraraq yanıma yaxınlaşdı. Gözünün hər iki ucundan qan axırdı”.

Həkimlərin müdaxiləsi nəticəsiz qalıb

Hadisə Qərbi Avstraliya əyalətinin Klarko Milli Parkında baş verib. Uşaq parkda oynadığı zaman bir sağsağan uçaraq gəlib və sağ gözünü dimdikləyib. Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun gözünü xilas edə bilməyib və uşağın sağ gözü görmə qabiliyyətini itirib.

Hər il 5-6 uşaq hücuma məruz qalır

Uşağın anası bu parkdakı sağsağanların təhlükəli olduğu yazılmış xəbərdarlıq lövhələrinə diqqət yetirmədiyini, lakin indi həyat yoldaşı ilə birlikdə başqa ailələrə də bu məsələ ilə bağlı xəbərdarlıq eləməyə başladığını bildirib. Uşağın atası da hər il 5-6 uşağın sağsağan hücumunda məruz qaldığını öyrəndiklərini söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA