“Sahil Babayev artıq yuxarıdan gedir…” - Deputatlar nazirliyi tənqid etdi

“Sahil Babayev artıq yuxarıdan gedir…” - Deputatlar nazirliyi tənqid etdi

“Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: “Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.

Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd edib: “Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, “heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki… Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz… İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA