Sahil Babayev müavininin qayınına da yüksək VƏZİFƏ VERDİ

Sahil Babayev müavininin qayınına da yüksək VƏZİFƏ VERDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlunu Təminat (təsəsrrüfat) şöbəsinin müdiri təyin edib.

Nəzərinizə çatdıraq ki, M.Məmmədəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qayınıdır.

Xatırladaq ki, bir müddət öncə İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin etmişdi. İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.

Təyinat xəbərini Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA