Sakinlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz edirlər - "Artıq səbr kasamız dolub-daşır, məcburuq..."

Sakinlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz edirlər - "Artıq səbr kasamız dolub-daşır, məcburuq..."

“Azərişıq” ASC-nin rəsmisi: “Bütün Azərbaycanın işığı dəyişilir, mümkün deyil ki, qısamüddətli fasilə yaranmasın”

Bilgəh qəsəbəsinin sakinlərinin narazılığı artıq son həddə çatıb. Sakinlərin “Hürriyyət”ə dediklərinə görə son 20 gündür ki, qəsəbədə həftənin 3 günü işıqlar söndürülür: “Qış girəndən bəri işıqlar hər gün söndürülürdü, amma son günlər ərzində minimim 4 saatdan 10 saata qədər işıqlarımız söndürülür. İşıq idarəsinin qəza xidmətindən isə təmir getdiyi bildirilir. Artıq ervlərdə soyuqdan donuruq. “Azərişığ”a zəng edirik, deyirik, bu qədər təmir olar? Axı, niyə bu qədər təmir getməlidir, 10 saat təmir olar? Fikiləşmirlər ki, cammat soyuqdan qırılır! Elə bil ki, bütün Azərbaycanın işığını dəyişirlər. Son 20 gündə vəziyyət lap pisləşib. Həftədə 3 dəfə sutkanın yarısı işığı söndürərlər? Artıq səbr kasamız dolub, daşır, biz məcburuq Prezident Aparatının qarşına yürüş edək”.

“Qısamüddətli belə fasilələrin yaranması təbiidir”

Картинки по запросу Tanrıverdi Mustafayev

Sakinlərin şikayəti ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafeyev “Hürriyyət”ə bildirdi ki, işığın kəsilməsi qanunidir: “Biz heç bayran günlərində dincəlməmişik, əməkdaşlarımızın hamısı işləyir. Bununla bağlı mətbuata rəsmi məlumat verilib. Yəqin sizin də xəbəriniz var. Hər dəfə “Azərişıq” mətbuat xidmətinin məlumatı çıxır. Bilgəh qəsəbəsində bağ massivləri var, mütamadi olaraq elektrik enerjisinin dayanıqlı, keyfiyyətli olması üçün ilin əvvəlindən orada dəyişikliklər aparılır. Fevralın 7-də böyük bir maşın karvanımızla materillar, avadanlıqlar göndərildi. Ağac dirəklərin dəmir betonla əvəz eidlməsi və digər işələrin aprılması üçün təhlükəsizlik nöqteyi nəzərindən və dayanıqlı, keyfiyyətli, enerji təminatı üçün yenidənqurma işləri aparılır. Ona görə, qısamüddətli belə fasilələrin yaranması təbiidir. Mümkün deyil ki, qısamüddətli fasilə yaranmasın. Biz çalışırıq ki, fasilələr çox qısa müddət olsun, bayramı da nəzərə alırıq. 21-22 də yenidənqurma işlərimizi dayandırdıq. Ancaq hava şəraiti imkan verdikcə mütamadi olaraq bu işləri davam etdiririk. Nəinki Bilgəh, Buzovna, Binə qəsəbələrində, Xəzər rayonunun bütün yerlərində elektrik enerjisi infrastrukturu yenidən qurulur. Bu işlərə 2006-cı ildən başlanılıb. Həmin işlərin davamı olaraq da bu gün bu işlər davam etdirilir. İşıqların söndürülməsinin əsas səbəbi budur”.

“Sıfırdan elektrik enerjisi infrastrukturunun yenidən qurulmasını təmin edirik”

“Axı, sakinlər çox narazılıq edir. Bu yenidənqurma işləri nə vaxta kimi davam edəcək” deyə sual etdikdə T. Mustafayev belə dedi: “Onda nə edək, əlimizi əlimizin üstə qoyaq işləməyək? Bilirsiniz ki, 2 milyon 600 min abonent var. Bizim də əsas missiyamız hər bir istehlakçımızı 24 saat enerji təminatı ilə təmin etməkdən ibarətdir. Axı, bu, tək Bakı şəhəri deyil. Binəqədi qəsəbəsində Biləcəri, Sulutəpə, kənd Binəqədi var. Özünüz gedin, baxın sıfırdan elektrik enerjisi infrastrukturunun yenidən qurulmasını təmin edirik. Bəs, nə edək, işləməyək? Ətraf qəsəbələr, regionlar var. Şimal, cənub bölgəsi, Lənkəran, Astara və dağlıq rayonlarda işlər gedir. Bir tərəfdə istismar müddətini başa vurmuş avadanlıqlar, digər tərəfdən yeni salınan qəsəbələrdir, yeni açılan iş yerləridir, turizm sektorudur, kənd təsərrüfatıdır, bütün bu sahələrin hamısını ayrı-ayrılqda enerji ilə təmin etmək lazımdır. Biz nəzərə alırıq, istehlakçılardan üzr istəyirik. Ancaq orada çalışan, yüksək gərginlik xəttdə dayağı dəyişdirən hansısa əməkdamızı elektrik vursa, onda nə olsun? Əməkdaşlar da bizim azərbaycanlımız deyilmi? Onların təhlükəsizlini qorumayaqmı? Bu yenidənqurma işləri insanların öz gözlərinin qabağında olur, hər şeyi görürlər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA