“SAĞLAM OL!” – 12 il əvvəl itirdiyi üzüyü burnundan düşdü

“SAĞLAM OL!” – 12 il əvvəl itirdiyi üzüyü burnundan düşdü

Hurriyyet.org xəbər verir ki, İngiltərənin Uest-Yorkşir qraflığının sakini Ebiqeyl Tompson uşaq vaxtı itirdiyi üzüyü öz burnundan tapıb.

Üzüyü Ebiqeylə ad günündə - 8 yaşının tamamında hədiyyə edibmişlər. Lakin bir neçə ay sonra qız onu itirib, çox axtarıb, tapmadıqdan sonra üzüyün oğurlandığını düşünüb.

Lakin 12 il sonra Tompson qəflətən itiyini tapıb. Asqıranda üzük əl dəsmalına düşüb. Qız deyib: “Üzüyün mənim burnumda qaldığını heç vaxt ağlıma gətirməzdim. Mən heç nə hiss eləmirdim”.

Ebiqeyl tənəffüs problemləri ilə heç vaxt qarşılaşmadığını bildirib.

Cərrah həkim üzüyün qızın burnunun arxa hissəsində, hissiyatın zəif olduğu yerdə ilişib qaldığını bildirib. Məhz buna görə də qız ona diqqət yetirməyib. Həkim deyib: “Təəcüblü deyil. Bu, qeyri-adi hadisə olsa da, uşaqların burnunda muncuq və oyuncaqların qaldığı hallar tez-tez baş verir. Çox vaxt bunu hiss eləmirlər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA