Samuxda partlayış - Xəsarət alanlar var

Samuxda partlayış - Xəsarət alanlar var

Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər ağır yanıq xəsarəti alıb.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb. Kənd sakini 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğlu qaz balonunu düzəldən zaman partlayış baş verib.

Nəticədə bütün bədən səthi yanıb. Onun qardaşının həyat yoldaşı 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. A. Şahbazın vəziyyəti ağırdır, qadın isə şokdadır.