Samuxda yol qəzası baş verib, yaralananlar var

Samuxda yol qəzası baş verib, yaralananlar var

Samux rayonunda yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Samux rayonunun İnstitut qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 4 nəfər - 1992-ci il təvəllüdlü Musa Rövşən oğlu Əhangər, 1987-ci il təvəllüdlü Yaqub Mirəziz oğlu Qasımov, 1993-cü il təvəllüdlü Tural Məmmədov və 2013-cü il təvəllüdlü Ayan Əlizamin qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Əliyevanın ağır, digərlərinin isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA