Sanki partiya deyil, holdinqdir! - CHP-nin ortağı olduğu şirkətlər

Sanki partiya deyil, holdinqdir! - CHP-nin ortağı olduğu şirkətlər

Hurriyyet.org zəbər verir ki, CHP-nin İş Bankında 28 faiz səhmləri olmaqla yanaşı, həm də 118 şirkətin də ortağı olduğu meydana çıxıb. İş Bankının birbaşa ortaq olduğu 23 və dolayısı ilə nəzarət elədiyi 95 şirkətdə direktorlar şurasına seçiləcək namizədlər və kadrların işə götürülməsində bank idarəçiləri ilə yanaşı CHP rəhbərliyinin də qərar vermək hüququ var.

CHP şüşə satır!

Maliyyə sektorundan başqa, bir çox sənaye şirkətinin də iştirakçısı olan İş Bankının yalnız öz işçilərinin sayı 24 729 nəfərdir. Bankın sərmayədarı olduğu nəhəng sənaye şirkətləri və böyük firmalarda isə minlərlə insan işləyir. CHP partiyasının sədri Kamal Kılıçdaroğlu maliyyə imkanları milyard dollarla ifadə edilən bur şirkətlər üzərində İş Bankının rəhbərliyindən sonra ən böyük nüfuza malik şəxs kimi ortaya çıxır. İş Bankı vasitəsilə CHP-nin ortağı olduğu şirkətlər arasında onlarla ölkəyə şüşə və şüşə məhsulları ixrac edən Türkiyə Cam (Şüşə) Sənayesi firması da var. CHP həm də şüşə sektorunun ən böyük firmalarından olan Trakya Cam, Anadolu Cam Sənaye və Paşabahça ilə də ortaqdır.

Xəstəxanası var

CHP-nin ortağı olduğu şirkətlər arasındaTürkiyənin ən böyük özəl səhiyyə təşkilatlarından olan Bayındır Xəstəxanası, lider sığorta şirkətlərindən Anadolu Həyat vənəşriyyat sektorunda fəaliyyət göstərən Mədəniyyət Nəşrləri də var.

Hüquqşünaslar dünyanın ən zəngin partiyası olaraq göstərilən CHP-nin İş Bankı ilə ortaqlığının Konstitusiya və Siyasi Partiyalar qanununa zidd olduğunu bildirirlər. Türkiyə Konstitusiyasının 69-cu maddəsinə görə siyasi partiyaların ticarət fəaliyyəti ilə məşğul olması qadağandır. Buna bənzər bir hökm də Siyasi Partiyalar haqqında Qanunun 67-ci maddəsində var.

CHP-nin ortağı olduğu şirkətlər:

-Anadolu Anonim Türk Sigorta Şirkəti

-Anadolu Hayat Emeklilik

-JSC İşbank ​

-JSC Isbank Georgia​

-İş Faktöring​

Və digər firmalar

-İş Finansal Kiralama

-İş Gayrimenkul Yatırım Ortaklığı

-İş Girişim Sermayesi Yatırım Ortaklığı

-İş Portföy Yönetimi

-İş Yatırım Menkul Değerler

-İş Yatırım Ortaklığı

-İş Bank AG

-Milli Reasürans T.A.Ş

-Türkiye Sınai Kalkınma Bankası

-Yatırım Finansman Menkul Değerler A.Ş

-Anadolu Cam Sanayi

-Paşabahçe Cam Sanayi

-Soda Sanayi A.Ş

-Trakya Cam Sanayi

-Türkiye Şişe ve Cam Fabrikala.

-Net Elektronik Bilgi Üretim ve Dağıtım

-Softtech Yazılım Teknolojileri

-Bayek Tedavi ve Sağlık Hizmetleri A.Ş

-Erişim Hizmetleri A.Ş

-İş Merkezleri Yönetim ve İşletim A.Ş

-Kültür Yayınları İş Türk A.Ş

Mənbə: ZAFER ŞAHİN/TAKVİM.

Loading...

QALEREYA