“Sanksiyalar “Lukoyl”un işinə mənfi təsir göstərib” - Vahid Ələkbərov

“Sanksiyalar “Lukoyl”un işinə mənfi təsir göstərib” - Vahid Ələkbərov

“Rusiyanın neft-qaz sektoruna qarşı tətbiq olunan texnologiya sanksiyaları “Lukoyl”un işinə, ümumilikdə isə sözügedən sektora mənfi təsir göstərib, lakin bununla belə məhdudiyyətlərə uyğunlaşmaq mümkündür”.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Lukoyl”un rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov Hyustonda “CERAWeek” neft-qaz konfransında çıxışı zamanı bildirib.

“Bu gün biz əlbəttə ki, sanksiya rejimini hiss edirik. Bu, yalnız rus şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərmir. Bizə gəldikdə deyim ki, “Total” şirkəti ilə birgə kompleks sahələrin inkişafına yönəldilmiş böyük bir layihə alınmadı. Bu gün xüsusilə dəniz əməliyyatları üçün bütün avadanlıq alışı, sanksiya tənzimləyicisi ilə əlaqələndirilir.

Eyni zamanda qeyd edim ki, sanksiyalar şirkət üçün aşılmaz maneələrə səbəb olmayıb. Belə ki, beş il əvvəl şirkətdə yerli avadanlıqların payı 42%-ə, indi isə 70% -ə çatır”, - deyə iş adamı vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA