Sarayda çaxnaşma: Səudiyyə kralını öldürmək istədilər – Kəşfiyyatdan sensasion iddia

Sarayda çaxnaşma: Səudiyyə kralını öldürmək istədilər – Kəşfiyyatdan sensasion iddia

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Salman arasında siyasi məsələlərdə fikir ayrılığı yaranıb.

Bu barədə İngiltərədə nəşr olunan “Guardian” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, ata və oğul arasındakı gərginlik jurnalist Camal Qaşıqçının Türkiyədə öldürülməsindən sonra başlayıb.

İddiaya görə, 83 yaşlı krala qarşı keçən ay Misirə səfərində sui-qəsdə cəhdləri vəziyyət bir qədər də kritik hal alıb.

Sui-qəsd barədə məlumat alan kral Salmanın təhlükəsizlik komandası Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi olaraq seçilmiş 30 sadiq mühafizəçi ilə dəyişdirilib. Səfərdən sonra şahzadə Salmanın kralı qarşılayan nümayəndə heyətinin içində olmaması isə bununla bağlı sensasion ehtimalları ortaya çıxarıb.

Digər yandan, kral Misirdə olanda şahzadə iki təyinat da həyata keçirib. O, atasından icazə almadan şahzadə Rima bin Bəndər bin Sultanı ABŞ səfirliyində, öz qardaşı Xalid bin Salmanı isə Müdafiə Nazirliyində müvafiq vəzifələrə təyin edib.

Kral Salman isə şahzadə Xalidin belə yüksək vəzifəyə təyin edilməsinə qəzəblənib. O bu təyinatlar barədə xəbəri televiziya vasitəsilə əldə edib.

Qəzet ata və oğul arasında Əlcəzair və Yəmən məsələləri ilə bağlı da fikir ayrılığının yaşandığına diqqət çəkib.

“Guardian”a açıqlama verən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Bryus Ridel kral və şahzadə arasındakı gərginliyin təsadüfi olmadığını iddia edib:

“Bunlar kraliyyət sarayında işlərin tərs getdiyini göstərir, üstü qapalıdır, amma əhəmiyyətli siqnallardır”. \\Teleqraf

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA