Sarayda Ürəkdağlayan Hadisə! İcra Hakimiyyəti Sabah Həyətində Toy Olacaq Evi Uçurtdu – FOTOLAR

  • 2019-04-12 23:57:13
  • |

Sarayda Ürəkdağlayan Hadisə! İcra Hakimiyyəti Sabah Həyətində Toy Olacaq Evi Uçurtdu – FOTOLAR

Zərərçəkən: “İcra nümayəndəsi evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi”

Abşeron rayonunun icra hakimiyyətinin Saray qəsəbəsində sabah – aprelin 13-də toy mərasimi olacaq evini uçurtduraraq yerlə-yeksan etməsi barədə məlumat və fotolar yayılıb.

Hurriyyet.org bizimyol.info-ya istinadla xəbər verir ki, məlumatda hətta gəlinin yeni gətirdiyi cehiz əşyalarını, divanı, qabları da qırıldığı da qyd edilir. 1999-cu ildən həmin evdə yaşayan ailəyə evin sökülməsi üçün sənədlərin qanunsuz olması bildirilib. Sakin isə evin sənədlərinin qaydasında olduğunu bildirib.

Hətta sənədsiz olsa belə evin toydan bir gün əvvəl sökülməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Evin sökülməsi ilə bağlı göstərişin isə icra başçısı İradə Gülməmmədova tərəfindən verildiyi bildirilib.

Evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib. R.Hüseynov demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:

“Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə olaraq Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Hələ üstəlik də əlavə 1000 manat da onlara “şirinlik” verməli idim. Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var”.

Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:
“Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurtadacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər”.

R.Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib.

Bizimyol.info məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb. “Əvvəlcə qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır. Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA