Sarı zolaq qadağası bu saatdan BAŞLAYIR - DİQQƏTLİ OLUN!

  • 2019-07-19 12:11:23
  • |
  • Sosial /

Sarı zolaq qadağası bu saatdan BAŞLAYIR - DİQQƏTLİ OLUN!

“Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında təhlükəsizliyi təmin etmək üçün polis gücləndirilmiş iş rejiminə keçəcək”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Lent.az -a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdeyib. O bildirib ki, festivalın artıq başlanılmasına çox az qalıb:

“İştirakçıların daşınması üçün sarı rəngli olimpiya zolağı ayrılıb və buna bizim tərəfimizdən mütəmadi nəzarət ediləcək. Festivalla əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası isə iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 00:00-dək davam edəcək. Bu müddətdə sarı zolaqda yalnız tədbir iştirakçılarının xüsusi tanınmış nişanları olan avtomobillərinin hərəkəti icazə veriləcək. Digər avtomobillər bu zolaqla hərəkət etsələr, onlar kamera vasitəsilə aşkarlanacaq və barələrində tədbir görüləcək. Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları qoyulub və bununla bağlı yetərincə təbliğat aparmışıq”.

V.Əsədov sarı zolaqla bağlı sürücülərə müraciət edib:

“Bakıda süni sıxlığın və tıxacların yaranmaması üçün sürücülərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Onlara Sarı zolaqlar üzrə Təşkilat Komitəsi tərəfindən xüsusi tanınma nişanları (avtomobilin ön və arxa şüşəsi üzərində xüsusi emblem) olan avtomobillərin hərəkətinə şərait yaratmalarını tövsiyə edirik. Bundan əvvəlki dövrlərdə Bakıda keçirilən idman tədbirləri zamanı Bakı yollarına sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar”.

Qeyd edək ki, festivalla əlaqədar paytaxtın "Ziya Bünyadov”, "Q.Qarayev”, "Neftçilər”, "Atatürk”, "H.Ələsgərova”, "Azadlıq”, "Z.Əliyeva, "Tbilisi, "Moskva”, "Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA