Sarımsağın sağlamlıq üçün növbəti faydası

Sarımsağın sağlamlıq üçün növbəti faydası

Sarımsağın faydaları saymaqla bitmir. Elmi araşdırmalar sarımsağın yeni və yeni müalicəvi xüsusiyyətlərini üzə çıxardır.

Belə ki, Lyuisvill Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarımsaq bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır və həmçinin yaddaş və beyinin digər funksiyalarına müsbət təsir edir.

Saglamolun.az Medical Express-ə istinadla xəbər verir ki, bunun səbəbi sarımsağın tərkibində olan "allilsulfid" adlı maddədir.

Alimlər qeyd edir ki, sarımsaqdan fayda almaq üçün onu çiy halda yemək lazımdır. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək tövsiyə olunur ki, bu halda onun faydalı xüsusiyyətləri xeyli artır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA