Sarkisyanı “gəzəyən arvada” bənzətmək sifarişini İrəvandan veriblər?- KREMLDƏN ERMƏNİSTAN HAKİMİYYƏTİNƏ CAVAB

Sarkisyanı “gəzəyən arvada” bənzətmək sifarişini İrəvandan veriblər?- KREMLDƏN ERMƏNİSTAN HAKİMİYYƏTİNƏ CAVAB

Rusiyanın yüksək rəhbərliyi erməni həmkarlarına çatdırıb ki, son vaxtlar bu ölkənin kütləvi informasiya vasitələrində translasiya olunan “anti-erməni təbliğatı” heç cür onlarla əlaqəli deyil və Moskvanın mövqeyini əks etdirmir.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Jamanax” qəzeti yazır. Qəzetin yazdığına görə Moskvadan eyham ediblər ki, həmin proqramların sifarişçisini Ermənistan hakimiyyətinin daxilində axtarmaq lazımdır.

Xatırladaq ki, Ermənistanın Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əhatəli əməkdaşlıq razılaşması imzalaması Rusiyanın bəzi KİV-lərində sərt tənqid olunub. NTV telekanalının “Görüş yeri” proqramında isə aparıcı Ermənistan rəhbərliyini “əri ola-ola özünə gənc sevgili tapan qadına” bənzədib. Aydın məsələdir ki, burada “ər” deyiləndə Rusiya nəzərdə tutulurdu.

Bu proqram Ermənistanda möhkəm narazılıq yaradıb. Ötən gün Rusiya Erməniləri İttifaqı da bununla bağlı sərt bəyanat yayıb, “satqın jurnalistləri, bədnam ekspertləri” efirdən yığışdırmağı tələb edib.

Lakin qəzet yazır ki, NTV-dəki proqramı ilə Ermənistanın özündən baş nazir Karapetyan sifariş verə bilərdi. Çünki telekanal 2000-ci ildən “Qazprom”un mülkiyyətindədir. Karapetyan isə “Qazprom”un meneceri işləyib və bu şirkətin rəhbərliyi ilə yaxın əlaqələri var.

Gələn ilin aprelində Sarkisyanın hakimiyyətinin ömrünü uzatmaq üçün Karapetyanı baş nazir postundan uzaqlaşdırıb onun yerini tutacağı gözlənilir.

  • Hamısı
  • Loading...