“Sarkozi Qəddafidən 8 milyon dollar aldı”

  • 2019-02-21 18:22:59
  • |
  • Dünya /

“Sarkozi Qəddafidən 8 milyon dollar aldı”

Hurriyyet.org xəbər verir ki, Liviyanın devrilmiş lideri Müammar Qəddafinin dövründə milli təhlükəsizlik naziri olmuş Abdullah əs-Sennusi, Fransanın keçmiş prezidenti Nikolas Sarkozinin seçki kampaniyası üçün Müəmmar Qəddafidən 8 milyon dollar pul aldığını bəyan edib.

Fransanın “Medaipart” internet saytının yazdığı xəbərə görə, Fransa hakimləri Qəddafinin dövründə təhlükəsizlik naziri olmuş, eyni zamanda Qəddafinin qaynı olan Abdullah əs-Sennusi ilə görüşüblər. O, hakimlərə Fransanın keçmiş prezidenti Nikolas Sarkozinin seçki kampaniyası üçün Müəmmar Qəddafidən 8 milyon dollar pul aldığını bildirib və pulu Sarkoziyə şəxsən özünün çatdırdığını deyib. Sennusi söyləyib: “Bu pulun ödənilməsinin əvəzində Sarkozi Qəddafinin beynəlxalq imicinin düzəldilməsini, Qəddafi və köməkçiləri ilə bağlı məhkəmək işlərinin dayandırılmasını və həbs əmrlərinin ləğv edilməsini söz vermişdi”.

Sarkozinin 2007-ci ildə vəzifə başına keçməsindən sonra Qəddafini təntənəli şəkildə qarşılaması məlumatı da xəbərdə öz əksini tapıb.

Sarkozi ötən ilin mart ayında verdiyi açıqlamada Qəddafidən milyonlarla dollar pul aldığı barəsindəki ittihamları kəskin şəkildə rədd edərək, bununla bağlı aparılan istintaqı “vaxt itkisi” adlandırmışdı. O, Qəddafinin seçki kampaniyası zamanı etdiyi yardımın 45 min dollardan az olduğunu və bu məbləğin “seçki kampaniyasının büdcəsinin çox kiçik bir hissəsi” olduğunu iddia eləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA