Sayt rəhbərinə HÖKM OXUNDU

Sayt rəhbərinə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində, dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hurriyyet.org xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elnur Vaqifoğlu öz qohumu olan Orxan Məhrəliyevə qarşı dələduzluq edib. O qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib.

Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.

O, indiyə kimi iki dəfə məhkumluq həyatı yaşayıb.

Bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

V. Əliyev, R. Mirzəliyev və E. Vaqifoğlu saxlanılıb.

E. Vaqifoğlu bir neçə saytın rəhbəri olub. Onun rəhbərlik etdiyi saytlar Mətbuat Şurasının "Qara siyahısı"na daxil edilib./apa/

Loading...

QALEREYA