Seçkilərin nəticələri Ukrayna üçün NƏ VƏD EDİR?

Seçkilərin nəticələri Ukrayna üçün NƏ VƏD EDİR?

Məhəmməd Əsədullazədə: “Regionda anti-Rusiya cəbhəsi formalaşacaq”

Rusif Məmmədsoy: “Rusiya Ukraynaya qarşı yumşaq siyasət yürüdəcək”

Kamran Sultanlı: “Rusiya Donbas və Luqanskı Qərblə bazarlıq üçün istifadəyə çalışacaq”

İki gün öncə Ukraynada növbədənkənar parlament seçkiləri keçirildi ki, bu, Zelenskinin partiyasının daha çox səs qazanması ilə nəticələndi. Təbii, bu, həm də Zelenskinin hakimiyyətinin güclənməsidir. Maraqlıdır ki, bu seçkilərin nəticələri Ukrayna üçün nə vəd edir?

Qeyd edək ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə əsasən, Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb.

İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” qərarlaşıb, onlar seçicilərin 11,5 faizi səsini qazanıblar. Üçüncü sırada Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası 6,3 faiz yer alıblar.

“Zelenski ölkənin avrointeqrasiya kursunu davam etdirəcək”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə dedi ki, Ukraynada Zelenskinin “Xalqın xidmətçisi” Partiyasının parlamentdə qalib gəlməsi gözlənilirdi: “Kifayət qədər böyük siyasi dəstək alan Zelenski ölkənin avrointeqrasiya kursunu davam etdirəcək və ölkə daxilində hakimiyyətini möhkəmləndirəcək. Hesab edirəm ki, onun partiyası kifayət qədər mövqeləri möhkəmləndirib, Zelenskinin siyasi hakimiyyətini gücləndirəcək. Bununla Rusiya qarşısında manevləri olacaq və ciddi şəkildə Moskva qarşısında hərbi-siyasi hərəkətə keçə bilər. Regionda daha da anti-Rusiya cəbhəsi formalaşacaq və Qərbin şərqi Avropada Rusiya ilə siyasi toqquşması yeni mərhələyə keçəcək. Zelenski bununla ölkə daxilində Rusiya qarşı cəbhəni möhkəmləndirməklə yanaşı, Rusiya bağlı siyasi qüvvələri neytrallaşdıracaq”.

“NATO məhz Ukraynaya görə Moskva ilə üz-üzə gələcək”

“Moskva qarşısında Ukraynanın hərbi-siyasi hərəkətə keçməsi üçün gücü varmı ki” sualına M. Əsədullazadə belə cavab verdi: Zelenskinin Partiyası parlamentdə qələbə çaldığı üçün gücü yetərincədi. O, çalışacaq ki, Moskvaya bağlı güclər neytrallaşsın. Beləliklə mütləq şəkildə NATO-nun dəstəyi ilə Ukrayna Donbasada toparlanacaq. NATO məhz Ukraynaya görə Moskva ilə üz-üzə gəlib və daha da gələcək”.

“Zelenskinin əsas məqsədi ölkədəki iqtisadi vəziyyəti tənzimləməkdən ibarətdir”

Картинки по запросу Politoloq Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy isə qeyd etdi ki, Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi Zelenskinin hədəfi idi: “Çünki Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra Ali Radada üstünlük əldə etmək lazım idi. Bugünə qədər Ali Radada onun əleyhdarları daha çox idi. Zelenskinin gəlişindən sonra Saakaşvilinin ölkəyə qaytarılması, müəyyən sahələrdəki islahatlar, Rusiya ilə münasibətlərdəki qətiyyət onun nüfuzunu daha da artırdı. Ölkədə baş nazir postuna namizədlər üçün Zelenski qeyd edib ki, "namizədin siyasi fiqur olması vacib deyil, əsas odur ki, yaxşı iqtisadçı olsun". Bu isə o deməkdir ki, Zelenskinin əsas məqsədi ölkədəki iqtisadi vəziyyəti tənzimləməkdən ibarətdir. Yəni Zelenskiyə müxalif olan qüvvələrdən də artıq xal almağı bacarır. Bundan əlavə, Zelenski ölkə daxilində nə qədər nüfuz sahibi olsa da, Ali Radada üstünlük qazanmaq lazım idi ki, bunun da öhdəsindən gələ bildi”.

“Zelenski yaxşı başa düşür ki, Rusiyaya qarşı fərqli siyasət yürütmək lazımdır”

Məmmədsoyun fikrincə, bundan sonrakı mərhələ Rusiya və Ukrayna münasibətlərinin gələcək perspektivi barədə olacaq: “Düşünürəm ki, Rusiya artıq Ukraynaya qarşı “soft power” istifadə edəcək. Rusiyanın daxilində də müəyyən çaxnaşma var. Putinə qarşı mitinqlər başlayıb. Bu mənada Putin yeni strategiya müəyyən etməlidir. Hesab edirəm ki, bunlardan əsası da məhz eyni kökdən olduğu ukraynalılara qarşı daha humanist olmaqdır. Hər halda Zelenski özü də yaxşı başa düşür ki, Rusiyaya qarşı fərqli siyasət yürütmək lazımdır”.

“Putin daxildə müəyyən problemlər yaşayır”

“Demək olar ki, Ukraynanın Rusiyaya qarşı hər hansı təsir rıçaqı yoxdur. Lakin buna baxmayaraq Rusiya Ukraynaya qarşı yumşaq siyasət yürüdəcək. Çünki Putin daxildə müəyyən problemlər yaşayır. Bundan istifadə edə biləcək təcrübəli siyasətçilərdən biri də Saakaşvilidir. Bu mənada Ukrayna hər hansı təzyiq yolu tapa bilər”,-deyə politoloq əlavə etdi.

“Qərb-Rusiya rəqabəti bu ölkədə davam edəcək”

“Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması olduqca təhlükəlidir” - POLİTOLOQ

Politoloq Kamran Sultanlı isə nəzərə çatdırdı ki, Ali Rada Ukrayna siyasətində xüsusi rola və təsirə malik institutdu: “Ukrayna parlament-prezident respublikasıdır. Ali Rada büdcəni müəyyən edir, müharibə və sülh bağlamaqla bağlı məsələlərdə xarici siyasətə təsiri baxımından Radanın mühüm təsiri var. Hökümət Rada tərəfindən qurulur və çox vaxt baş nazir qalib gəlmiş partiyadan olur. Lakin prezident xarici siyasətdə əsas fiqurdu. Ukraynada bu ilki seçkilərdə bir neçə partiya mübarizə aparırdı. Prezident Zelenskinin “Xalqın Xidmətçisi” Partiyasının qalib gəlməsi xalqın lazım gələndə Zelinskiyə şans tanımasını sübut edir. Ukraynada yeni qərara əsasən, 2024-cü ildən seçkilər tam proporsional əsasda keçiriləcək. Bu il sonuncu dəfə seçkilər qarışıq sistemdə keçirilib. Zelinski ilk “exit pol”un nəticəsinə əsasən, təxminən 44%-ə yaxın səs toplayıb. İkinci yerdə qərarlaşan ölkənin Avroatlantik inteqrasiyasına qarşı çıxan Rusiyaya yaxınlığı ilə seçilən Viktor Medvedçukun “Həyat Naminə” platforması istənilən nəticəni toplaya bilmədi. Əslində, bu seçkilərdə digər dörd partiyanın hamısı Avroatlantik inteqrasiya terafdarlarıdır. Həmcinin onların hamısı rusyönümlü blokla ittifaqa girməyəcəklərini dedilər. Bu, özü ozluyundə Radada təmsil olunacaq partiyaların Avroatlantik inteqrasiyaya davam edəcəklərini gostərir”.

“Bu, köhnə nomenklaturanı narahat edəcək”

K. Sultanlı hesab edir ki, Ali Radada Zelenskinin qalib gəlməsindən sonra, onun bir sıra qanunların qəbulunda işi rahatlasacaq: “Bu isə köhnə nomenklaturanı narahat edəcək, həm də onlar gənc liderə qarşı mubarizə aparacaqlar. Bu partiya daha çox mərkəzi hovuzdan səs alıb. Ölkənin Qərb hovuzunda isə aşırı fərqlə Zelenski qalib gəlib. Kreml məhz son prezident seçkilərində buna görə Medvedçuk-Boyko tandemini reklam edirdi. Medvedçukun uşağının xaç atası Putindir. Üçünçu yerdə keçmiş prezident Poroşenkonun Avroatlantik inteqrasiyaya dəstək xarakterli “Avropa Həmrəylik” Partiyası qərarlaşıb. Poroşenkonun partiyası 8,9% səs alıb. Bu, həm də Poroşenkonun hələ Ukrayna siyasi səhnəsində tam imicdən düşmədiyini göstərir. Dördüncü yerdə keçmiş baş nazir olan Timoşenkonun “Batikvşina” Partiyası qərarlaşıb. Artiq Ukrayna siyasətində Timoşenko faktiki marginallaşıb və demək olar ki, heç bir nüfuz dairəsi qalmayıb. Seçkilərin əsas qəhrəmanı isə müğənni və bəstəkar bir neçə ay öncə partiya yaratdığını elan edən Svyatoslav Vakarçukdur. Onun “Səs” Partiyasi sonuncu olaraq Ali Radaya daxil ola bilib. Qisa zaman ərzində yaranmağına baxmayaraq Vakarçuk 6,3% səslə Ali Radada təmsil olunmaq hüququ əldə etdi. Bu, həm də Ukrayna xalqının artıq yeni trendə inandığını göstərir. Poroşenko və Vakarçukun da Radada təmsil olunacağını nəzərə alsaq, bu Medvedçuka rusyönümlü təbliğata geniş imkan verməyəcək. Üstəlik Vakarçuk qatı milliyətçidir. Amma Ukrayna lideri, Vakarcukun “Səs” Partiyasi ilə ittifaqa gedə bilər. Timoşenko da Zelenskiyə ittifaq təklif edib. Bu seckilərdə Vakarçuk daha cəlbedici nəticə əldə etdi və hamı onunla ittifaqa çalışır. Vakarcuk isə artıq işğalçılarla ittifaqa getməyəcəyini bildirib. Bu, həm də birbaşa Medvedçuka mesajdı. Təbii ki, bütün bunlar Rusiyanı qıcıqlandırır. Sərqi Avropanın qəlbi sayılan, hardasa Rusiya imperalizminin əsası qəbul edilən Ukraynada Moskva həmlələri davam edəcək. Qərb-Rusiya rəqabəti bu ölkədə davam edəcək. Lakin Ukrayna xalqı növbəti demokratik seçimlə ölkəni gənc incəsənət nümayəndələrinə etibar edərək keçmiş nomenklaturaya “qırmızı kart” göstərdi”.

“Ukraynasız Rusiya əsla imperiya ola bilməz”

K. Sultanlı onu da vurğuladı ki, Rusiya heç bir zaman Ukraynanın müstəqil və Qərbyönümlü siyasəti ilə barışmayacaq: “Umumiyyətlə, Moskva bu dövləti müstəqil dövlət hesab etmir. Putin son çıxışında ukraynalıların, əslində, rus olduğuna işarə edən açıqlama verdi. Jirinovski bu dövlətin dəfələrlə dövlət kimi mövcud olmadığını səsləndirir. Rusların dövlətçiliyi və provaslavlığı qəbulu buradan başlayır. Ukraynasız Rusiya əsla imperiya ola bilməz. Butun bunlara görə, Rusiya çalışacaq ki, ölkə daxilində oxuna yaxın qüvvələrlə güclənə bilsin. Həmcinin Rusiya Donbas və Luqanskda münaqişənin həllinə daha da mane ola bilər. Çünki Putin artıq buranın sakinlərinə vətəndaşlıq pasportu verir. Gələcəkdə Rusiya çalışacaq ki, bu bölgələr Ukraynanın tərkibinə qayıtsa belə, yalnız muxtar statusla qayıtsın. Yəni Ukrayna federativ dövlət quruluşuna keçsin. Bu Rusiyaya problemin Ukraynanın dərininə işləməsinə imkan verə bilər. Təbii ki, Rusiya həm də Donbas və Luqanskı Qərblə bazarlıq üçün istifadəyə çalışacaq. Moskva “Şimal Axını-2”-nin həyata keçməsi ilə Ukraynanı ofsayda (oyundan kənar) vəziyyətinə salmağa və onu 3 milyard dollarlıq qazancdan etməyə çalışır. Bundan sonra, Rusiyanın daha da həmlələri davam edəcək”.

Şamo EMİN, Hurriyyet.org