“Əsəd atasını qucaqlayan oğul kimi idi!” - Qasım Süleymani

“Əsəd atasını qucaqlayan oğul kimi idi!” - Qasım Süleymani

Hurriyyet.org xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsədin İrana sürpriz səfəri barəsində çıxış edən Kasım Süleymani deyib: “Bəşər Əsəd atasından ayrı qalan oğul kimi dini lider Xamaneini qucaqladı. Bu, kiçik bir şey deyil”.

İranın Qum şəhərində çıxış edən Qasım Süleymani Fələstində İsrailə qarşı Hizbullahın olmayacağı təqdirdə bölgədə vəziyyətin başqa cür olacağını iddia edib.

Əsəd bazar ertəsi günü qəflətən Tehrana səfər edərək İranın dini lideri Xamanei və İran prezidenti Həsən Ruhani ilə görüşmüşdü. Qəfil səfərdən sonra İranın xarici işlər naziri Cavad Zərif istefa verdiyini açıqlamışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA