Əsəd PKK ilə Türkiyəyə qarşı necə birləşib? - SİRLƏR AÇILDI

  • 2018-02-12 10:29:15
  • |
  • Region /

Əsəd PKK ilə Türkiyəyə qarşı necə birləşib? - SİRLƏR AÇILDI

Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına yardım edir.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Röyter" araşdırma yazısı yayımlayıb.

Yazıda Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.

"Röyter" "Dost yoxsa düşmən? Əsəd suriyalı kürdləri Türkiyəyə qarşı gizli şəkildə dəstəkləyir" başlıqlı xəbərində PKK-nın mühüm üzvlərinin etiraflarına da yer verib. PKK döyüşçüləri Əsədin onlara yardım etdiklərini bildirərək, rejim ilə işbirliyi qurduqlarını deyiblər.

Bunun Suriyada təhlükəsiz bölgə üçün daim beynəlxalq aləmi birliyə çağıran Türkiyəyə ikiqat zərbə olduğu vurğulanır.

Qeyd edək ki, daha əvvəl Suriya lideri Bəşər Əsədin rəsmi nümayəndələrinin PKK komandirləri ilə görüşməsi haqda xəbərlər yayılmışdı.

Loading...

QALEREYA