“Sədərək”də güclü YANĞIN: FHN əməkdaşı xəsarət aldı, polis işçisi zəhərləndi - YENİLƏNİB - VİDEO

“Sədərək”də güclü YANĞIN: FHN əməkdaşı xəsarət aldı, polis işçisi zəhərləndi - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.

Yanğını söndürərkən FHN əməkdaşı xəsarət alıb, onun çiyni sınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, o, Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Bir polis əməkdaşı isə tüstüdən zəhərlənib , ona yerində yardım edilib. /virtualaz.org/

***

Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA