Səfirlik əməkdaşı Moskva aeroportuna mina keçirmək istədi

Səfirlik əməkdaşı Moskva aeroportuna mina keçirmək istədi

ABŞ səfirliyinin əməkdaşı Moskvanın "Şeremetyevo” hava limanına baqajda mina keçirməyə cəhd edib.

BakuPost "TASS”a istinadən xəbər verir ki, Rusiya XİN diplomatın aeroporta keçirmək istədiyi partlayıcının minomyot minası olduğunu açıqlayıb. Onun çantasında, həmçinin, başqa partlayıcıların da izlərinə rast gəlinib. Səfirlik əməkdaşı Rusiyaya ezamiyyətə gəldiyini və minanı da "şəxsi kolleksiyası üçün” aldığını deyib. XİN isə bunu təxribat adlandırıb və ABŞ səfirliyindən açıqlama tələb edib.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşı təyyarəyə qadağan olunmuş əşyanın keçirilməsinə icazə verilmədiyini bilməli idi və o, bu addımı şüurlu şəkildə atıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA