Səhhəti pisləşən əməkdar artist: “Ümidim Allahadır”

Səhhəti pisləşən əməkdar artist: “Ümidim Allahadır”

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının tanınmış aktyoru, əməkdar artist Rəhman Rəhmanov ayaqlarının tutulması ilə bağlı xəbərə münasibət bildirib.

Hurriyyet.org-un məlumatına görə, yenicag.az-a açıqlama verən aktyor xəbəri təsdiqləyib:

“Ayaqlarım şişib. Demək olar ki, gəzə bilmirəm. Evin içində əsa ilə iki-üç addım atıram. 7 il əvvəl də belə olmuşdum. Onda ayağımda çürümə prosesi gedirdi. İndi çürümə yoxdur, amma səhhətim çox pisdir. Dava-dərman da xeyir eləmir. Sistemlər qoşulur, həkim nəzarəti altındayam. Həkimim deyir, tibbi avadanlıqları evə gətirib, burada müayinələr edəcək. Ümidim Allahadır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA