Səhhəti pisləşən xalq artisti kömək istədi: "Belə vəziyyətdə yaşaya bilmərəm" - VİDEO

Səhhəti pisləşən xalq artisti kömək istədi: "Belə vəziyyətdə yaşaya bilmərəm" - VİDEO

Xalq artisti Naibə Allahverdiyeva bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Hurriyyet.org bildirir ki, vurulan vaxtıkeçmiş sistemdən sonra şok keçirdən aktrisa hazırda evə buraxılıb.

Allahverdiyeva "ATV maqazin onlarla"ya açıqlamasında yardım istəyib:

"Qan təzyiqim artmışdı, sistem qoşdular. Aradan 5-10 dəqiqə keçmişdi dəhşətli ağrılarım oldu. Qışqırığıma bütün məhlə yığışdı. Bir ölü kimi idim.

Kimə şikayət edim? Həkimlər bir-birinin üstünə atır: gah deyirlər sistemi soyuq vurublar, gah deyirlər vaxtı keçib. İndi bir dərman içəndə də qorxuram ki, həmin vəziyyətə düşəcəm.

Mənə normal həkim tapsınlar, kömək etsinlər. Belə vəziyyətdə yaşaya bilmərəm".

N.Allahverdiyeva heç kimin ona baş çəkmədiyindən gileylənib./axsam.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA