Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin evi qarət edildi

Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin evi qarət edildi

Bakıda nazirliyin aparat rəhbərinin evindən oğurluq edilib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhic bağlarında qeydə alınıb.

Səhiyyə Nazirliyinin aparatının rəhbəri, 1976-cı il təvəllüdlü Nadir Azər oğlu Zeynalova məxsus bağ evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər N.Zeynalova məxsus bağ evindən paltaryuyan maşın, televizor, samovar və digər məişət əşyalarını oğurlayıb.

Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA