“Səlahiyyətlərin artırılması həm də məsuliyyətin və cavabdehliyin artırılması deməkdir” - EKSPERT

“Səlahiyyətlərin artırılması həm də məsuliyyətin və cavabdehliyin artırılması deməkdir” - EKSPERT

Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib. Həmin dəyişikliklərə əsasən Təhsil Nazirliyinin səlahiyyəti artırılıb. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək. Habelə təhsilalanların attestasiyasının aparılması qaydası da Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

“Təhsil vahid bir sistemdir və vahid bir mərkəzdən də idarə olunmalıdır”.

Bu sözləri məsələyə münasibət bildirərkən tanınmış təhsil eksperti Nadir İsrafilov dedi: “Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət kimi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması nəzərdə tutulur. Digər tərəfdən, bu dəyişiklik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən olan fasiləsizlik, vəhdətlik, səmərəlilik, keyfiyyətlilik, habelə təhsil sahəsində dövlət standartlarının tətbiqində təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması, təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartlarınn əsas götürülülməsi barədə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun müddəaları ilə də səsləşir.

Hesab edirəm ki, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda etdiyi bu dəyişiklik təhsil sahəsində idarəetmə islahatlarının növbəti mərhələsidir.

Ancaq bir mühüm məqamı da unutmaq olmaz ki, səlahiyyətlərin artırılması həm də məsuliyyətin və cavabdehliyin artırılması deməkdir.

Ümid edək ki, Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması heç şübhəsiz, ilk növbədə “səlahiyyətlərin bərabər bölüşdürülməsi” və “funksiyaların yuxarıdan aşağıya paylaşdırılması” prinsiplərinin reallaşdırilmasına, idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsinə, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Təhsil Nazirliyinə olan etimadın və bütövlükdə təhsilimizin gələcəyinə olan inamın yüksəldilməsinə, nəticələrə görə cavabdehliyın və məsuliyyətin artırılmasına, təhsilin idarə olunmasında mobiliiyin və çeviklyin təmin olunmasına, təhsildə varisliyin və fasiləsizlin daha da gücləndirilməsinə, “Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərin və digər mühüm vəzifələrin daha səmərəli və vaxtında yerinə yetiriməsi zamanı qaşıya çıxa biləcək hər hansı bir maneə və əngəllərin operativ surətdə aradan qaldırılmasına öz töhvəsini verəcək.

Fürsətdən istifadə edib onu da qeyd etmək istərdim ki, məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması, məktəbəqədər və ümumi təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi, bu müəssisələrə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə sistemli nəzarətin həyata keçirilməsi məqsədi ilə uşaq bağçalarının da Təhsil Nazirliyinin səlahiyyət dairəsinə cəlb edilməsinin zamanı artıq yetişib”.

Hurriyyet.org

Loading...

QALEREYA