Senat Trampın qərarını LƏĞV ETDİ!

  • 2019-03-15 11:17:36
  • |
  • Dünya /

Senat Trampın qərarını LƏĞV ETDİ!

Hurriyyet.org xəbər verir ki, ABŞ Senatı ölkə prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi üçün elan elədiyi “milli fövqəladə vəziyyət” qərarının ləğv edilməsini nəzərdə tutan qanın layihəsini təsdiq edib.

Respublikaçıların çoxluqda olduğu Senatda 59 nəfər senator qanun layihəsinin lehinə, 41 nəfər isə əleyhinə səs verib.

100 deputat kürsüsünün olduğu Senatda 45 demokratla yanaşı, 2 nəfər müstəqil, 12 nəfər isə respublikaçı senator qanun layihəsinin lehinə, dolayısı ilə Trampın qərarının əleyhinə səs verib.

Ötən həftələrdə demokratların əksəriyyət təşkil elədikləri Nümayəndələr Məclisi Ali Şurasındakı səsvermədə 245 vəkil qanun layihəsinin lehinə, 182 vəkil isə əleyhinə səs vermişdi.

Qanun layihəsində Trampın sərhəd təhlükəsizliyi bəhanəsi ilə elan elədiyi “milli fövqəladə vəziyyətin” qüvvədən düşməsi və Trampın ABŞ-Meksika sərhədində inşa edilməsinə çalışdığı divar üçün ayrılan büdcənin daha artırılmaması nəzərdə tutulur.

Trampın ABŞ-Meksika sərhədində 5,7 milyard dollar büdcə tələb edən divarın tikilməsini istəməsi, Konqresdəki demokratların da buna icazə verməməsindən sonra ABŞ Federal Hökuməti 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-nə qədər, 35 gün ərzində fəaliyyətsiz qalmışdı.

Tramp Konqresin sərhəd təhlükəsizliyi məsələsində onunla razılaşmayacağı halda, fevralın 15-də yenidən hökuməti bağlayacağını və ya öz prezidentlik səlahiyyətindən istifadə edərək, fövqəladə vəziyyət elan edəcəyini bildirmişdi.

Fevralın 15-də Federal Hökumət yenidən açılsa da, istədiyi büdcəni ala bilməyən Tramp divarın tikintisinin maliyyələşdirilməsi məqsədilə cənub sərhədində baş vermiş hadisələri səbəb göstərərək “milli fövqəladə vəziyyət” elan eləmişdi.

Tasarının, Trump'ın veto yetkisinden muaf olması için Senato ve Temsilciler Meclisi üyelerinin en az üçte ikisinin oyunu alması gerekiyordu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA