Senator Rauf Araşukov iclas zalında yaxalandı - ONU KİLLER ƏLƏ VERİB - YENİLƏNİB

Senator Rauf Araşukov iclas zalında yaxalandı - ONU KİLLER ƏLƏ VERİB - YENİLƏNİB

“Mash” telegram-kanalı xəbər verir ki, Rauf Araşukov bir neçə il əvvəl öldürülmüş Aslan Jukovun qətlində ittiham edilir. Jukov çərkəs hərəkatlarından birinin lideri olub. İstintaq vaxtı Araşukovun adını killer çəkib.

Bu yaxınlarda isə Araşukov respublika başçısının müşaviri Fral Şebzuxovun ölümündə ittiham edilib. Bu dəfə də senatorun adını qətli törətməyə görə saxlanılmış cinayət əməlinin icraçıları çəkiblər./virtualaz.org/

***

Rusiyanın Qaraçay-Çərkəs Respublikasından Federasiya Şurasının üzvü, senator Rauf Araşukov bu gün parlamentin yuxarı palatasının iclasının gedişində gözlənilmədən həbs edilib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, senatorun toxunulmazlığının ləğvi və axtarışın keçirilməsi barədə qərar qəbul ediləndən sonra Rauf Araşukov iclas zalından çıxarkən saxlanılıb.

Mənbə bildirir ki. 32 yaşlı senatorun tutulmasından öncə mətbuat işçiləri zaldan çıxarılıb və iclas qapalı elan edilib. Zalın girişini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bağlayıb.

“İnterfaks” əlavə edir ki, senator Araşukov qətl işinə görə saxlanılıb. Təfərrüatlar hələlik məlum deyil.

***

TASS iclasda iştirak edən mənbəyə istinadən bildirir ki, Araşukov bir neçə cinayət əməlində, o cümlədən mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilir.

RİA “Novosti” iddia edir ki. Araşukovun tutulmasına səbəb saxta sənədlərdən istifadə etməsi olub. Belə ki, senator saxta sənədlər əsasında Federasiya Şurasına Qaraçay-Çərkəs Respublikasından üzv olub.

“İnterfaks” dəqiqləşdirmə aparıb ki, Araşukov 2010-cu ildə törədilmiş qətllə bağlı ittiham edilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA