Sənətçilər Yeni ildə “pula pul deməyəcək”lər

Sənətçilər Yeni ildə “pula pul deməyəcək”lər

Qarşıdan yeni il şənlikləri gəlir. Bayram məclislərində restoranlardan, əyləncə mərkəzlərindən sifarişlər alan müğənnilər, sənət adamları “pula pul deməyəcək”.

Hurriyyet.org-un xəbərinə görə, Türkiyə sənətçilərindən hazırda publikanın ən çox tələb etdiyi, səhnədə görmək istədiyi müğənni Ebru Gündəşdir.

Onun Rza Zərrab qalmaqalı üzündən gündəmin diqqətini çəkdiyi, yaxud səsi, repertuatı üzündən bu qədər tələb olunduğunu demək çox çətindir, amma bəlli olan odur ki, Ebru Gündəş hazırda ölkəsindəki əyləncə mərkəzlərində ən çox arzulanan sənətçidir.

Bu sıralamada ikinci yeri Hadisə tutur.

Beləcə, yeni il gecəsi səhnəyə çıxacaq müğənnilər və onlara ödənəcək qonorarlar:

Ebru Gündeşin “Usyan” performansı

Tarkan - 1 milyon 300 min TL;

Hadisə - 1 milyon TL;

Ebru Gündeş - 1 milyon TL;

Bülənt Ərsoy - 900 min TL;

Murad Boz - 800 min TL;

Gülşən - 800 min TL.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...