Separatçı qurumlarla sərhədləri açmırıq - Gürcüstandan REAKSİYA

  • 2019-02-06 18:12:56
  • |
  • Region /

Separatçı qurumlarla sərhədləri açmırıq - Gürcüstandan REAKSİYA

Gürcüstanla Rusiya arasında gömrük dəhlizi razılaşması çərçivəsində işğal edilmiş ərazilərlə gömrük məntəqələri açması haqqında Rusiya KİV-lərinin məlumatı növbəti dezinformasiyadır.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani deyib.

“Bu dezinformasiyanı bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın eks-prezidenti dəstəkləyir. Belə ittiham qəbuledilməzdir. Bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış razılaşma İsveçrə şirkətinin Rusiya və Gürcüstan arasında yük dövriyyəsinin monitorinqini nəzərdə tutur və bunun gömrük terminallarına heç bir aidiyyəti yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA