“Separatçılar birgə hərəkət edirlər” - ELXAN ŞAHİNOĞLU

 “Separatçılar birgə hərəkət edirlər” - ELXAN ŞAHİNOĞLU

“Abxaziyadakı “seçki” Rusiyanın himayəsi altına keçirilir”

“Bölgədəki separatçılar bir-birləri ilə sıx təmasdadırlar. Onlar özləri üçün bəzi vacib qərarları da birgə verməyə çalışırlar. Separatçilarin bir-birlərinə dəstək verməkdə məqsədi onlara qarşı mümkün təzyiqləri kollektiv şəkildə neytrallaşdırılmasını təmin etməkdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.”

“Keçmiş illərdə də separatçı bölgələrdə “seçkilər” eyni günə “təsadüf” edirdi”

Şahinoğlu diqqətə çatdırıb ki, Dağlıq Qarabağdakı “bələdiyyə” seçkisi Abxaziyadakı “prezident seçkisinin ikinci turu” ilə eyni gündə - 8 sentyabrda baş verib: “Doğrudur, deyilə bilər ki, Abxaziyada “seçkinin” birinci turu daha erkən tarixdə keçirilib. Ancaq Abxaziyada siyasi qüvvələr arasındakı mübarizədən çıxış edərək “ikinci turun” olacağı ehtimalı yüksək idi. “İkinci turun” tarixi isə əvvəlcədən müəyyənləşmişdi. Keçmiş illərdə də separatçı bölgələrdə “seçkilər” eyni günə “təsadüf” edirdi. Bu müxtəlif mərkəzlərlə müzakirəsi aparılmış və planlaşdırılmış siyasətdir”.

“Erməni separatçıları Azərbaycan XİN-nin bəyanatını beynəlxalq aləmdə təsir gücünü azaldırlar”

E. Şahinoğlu onu da nəzərə çatdırıb ki, Azərbaycan XİN Dağlıq Qarabağdakı, Gürcüstan XİN isə Abxaziyadakı “seçkini” pisləyən bəyanat yaydılar: “Ancaq məsələ burasındadır ki, Abxaziyadakı “seçki” Rusiyanın himayəsi altına keçirilir və Tiflisin bəyanatı heç nəyə təsir etmir. Erməni separatçıları da hiyləgər siyasət yürüdərək eyni tarixdə “seçki” keçirərək bu yolla heç nəyi həll etməyən Azərbaycan XİN-nin bəyanatını beynəlxalq aləmdə təsir gücünü azaldırlar. Çünki əgər Rusiya özünə birbaşa bağlı olan separatçı bölgədə keçirilən “seçkini” dəstəkləyirsə, bir başqa separatçı bölgədə keçirilən “seçkini” pisləməyəcək, əksinə buna açıq reaksiya bildirmədən normal münasibət bəsləyəcək. Erməni separatçıları üçün də əsas olan Rusiyanın davamlı dəstəyidir. Dağlıq Qarabağ separatçıları onlarla Abxaziya separatçıları arasında heç bir fərqin olmadığını ətraf aləmə aşılamağa çalışırlar”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA