Separatçılar Qarabağa gələn turistlərin sayını AÇIQLADI

Separatçılar Qarabağa gələn turistlərin sayını AÇIQLADI

Qarabağa 2019-cu ilin ilk 6 ayında 12,6 min əcnəbi turist ziyarətə gəlib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə separatçı “Qarabağın idman və turizm işləri üzrə naziri” Artak Qriqoryan açıqlama verib.

Separatçı qurum nümayəndəsi 2019-cu ilin ilk 6 ayında Qarabağa gələn turistlərin sayının ötən illə müqayisədə 68,5% artdığını qeyd edib.

Ötən illə müqayisədə 17 yeni mehmanxana kompleksi açılıb. Ümumilikdə, işğal altındakı ərazilərdə 700-ü keçib.