Serblər və albanlar azərbaycanlılara hücum etdi - Xəsarət alanlar var

Serblər və albanlar azərbaycanlılara hücum etdi - Xəsarət alanlar var

Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

Hurriyyet.org report-a istinadən xəbər veir ki, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.

Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serblər və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.