Sərhəddə toqquşma, iki sakin həlak oldu, iki kənd köçürüldü - QIRĞIZLAR VƏ TACİKLƏR ARASINDA MÜNAQİŞƏ - VİDEO

  • 2019-03-15 14:06:57
  • |
  • Dünya /

Sərhəddə toqquşma, iki sakin həlak oldu, iki kənd köçürüldü - QIRĞIZLAR VƏ TACİKLƏR ARASINDA MÜNAQİŞƏ - VİDEO

Qırğızıstanla Tacikistan arasındakı sərhədin mübahisəli hissəsində yerli sakinlər arasında silahdan da istifadə olunmaqla münaqişə yaranıb. Nəticədə ölənlər və yaralananlar var.

Virtualaz.org Orta Asiya mənbələrinə istinadən xəbər verir ki, Qırğızıstan rəsmiləri bu münaqişə ilə bağlı Tacikistanla sərhədin mübahisəli hissəsində yerləşən iki kəndin sakinlərini köçürüb. Hökumətin mətbuat xidməti bu gün martın 15-də bildirib ki, Ak-Say və Kok Taş kəndlərinin əhalisi Batken regionunun eyniadlı paytaxtına köçürülüb.

Məlumatda o da qeyd olunur ki, Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov tacikistanlı həmkarı Azim Ibrohimlə danışıb, ərazidə sakitlik yaradılmasının vacibliyini vurğulayıb. Zorakılıqla bağlı birgə təhqiqat başladılıb.

İğtişaş martın 13-də başlanıb. Buna Qırğızıstanın sərhəddəki mübahisəli hissədə yol tikintisini bərpa etməsi olub. Hər ikisi tacikistanlı olan azı iki nəfər öldürülüb, onlarla adam yaralanıb. Qırğızıstan polis əməkdaşının da xəsarət aldığı bildirilir.

Qırğızıstan Səhiyyə Nazirliyi rəsmisinin bildirdiyinə görə, güllə yarası almış bir qırğızıstanlı ötən gecə Batkendə xəstəxanaya aparılıb, ərazidəki durum isə gərgin olaraq qalır.

Prezident Soronbay Jeenbekovun mətbuat xidmətinin məlumatına görə, martın 14-də o tacikistanlı həmkarı Emomali Rahmonla telefonla danışıb, onlar sərhədin müəyyənləşdirilməsi üzrə danışıqları davam etdirməyə, atışmalarla bağlı birgə təhqiqat aparmağa razılaşıblar.

Qırğızıstan illərdir ərazidə yeni yol çəkmək istəyir, tikinti işlərini gah saxlayır, gah da bərpa edir. İki ölkə təmsilçiləri isə sərhəd çəkilməsi üzrə razılaşma əldə etməyə çalışırlar.Tacikistanın mövqeyincə, yolun yeni təklif olunan hissəsi mübahisəli ərazidən keçir, sərhədlə bağlı razılaşma əldə olunmayınca yol çəkilməməlidir. Hər iki ölkə rəsmiləri tikinti işinin artıq dayandırıldığını deyirlər.

Qırğızıstan parlament martın 14-də elan edib ki, “qırğız-tacik sərhədindəki durumla” bağlı rəsmi dinləmə keçirəcək.1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyada bir çox sərhəd ərazilər mübahisəli qalıb.Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhədlərinin toqquşduğu Fərqanə vadisində isə çoxsaylı eksklavlar var və burada durum özəlliklə mürəkkəbdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA