Sərkisyan Qarabağda danışıqlara başladı

  • 2019-03-13 18:15:40
  • |
  • Aktual /

Sərkisyan Qarabağda danışıqlara başladı

Ermənistanın məşhur “Jamanak” qəzeti keçmiş prezident Serj Sərkisyanın Qarabağa gəldiyini yazıb.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, nəşr Serj Sərkisyanın martın əvvəlindən Qarabağda olduğunu qeyd edib:

“Sərkisyan sonrakı planlarını müəyyən etmək üçün Qarabağ gəlib Təhlükəsizlik Şurasının iclasını gözləyirdi. Bu müddət ərzində sabiq prezident Qarabağ elitasının nümayəndələri ilə aktiv əlaqələrini davam etdirib”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə dünən Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra Qarabağ klanını sıradan çıxarmağa başlayıb. Sabiq prezident Robert Köçəryan həbsxanadan yeni planları olduğunu anonsunu verib, Serj Sərkisyanın xaricə qaçacağı barədə erməni KİV-lərində məlumatlar yayılsa da, Qarabağ klanının aktivləşəcəyi istisna edilmir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA