“Sərvət itirirəm, üstəlik maaş da almıram!” - TRAMP

  • 2019-07-11 16:36:03
  • |
  • Dünya /

“Sərvət itirirəm, üstəlik maaş da almıram!” - TRAMP

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald trampın Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən, xarici dövlət və hökumət nümayəndələrinin qaldığı lüks otelindən “mənfəət götürdüyü” ilə bağlı məhkəmə çəkişməsi Trampın lehinə başa çatıb. Tramp “Tvitterdən açıqlama verərək, “Sərvət itirirəm!” sözlərini işlədib.

Federal Appelyasiya Məhkəməsi ABŞ prezidenti Donald Trampın Vaşinqtondakı otelindən “Konstitusiyaya zidd şəkildə mənfəət götürdüyünü” iddia edən məhkəmə çəkişməsində hakim Trampın lehinə qərar verib.

ABŞ-da səfərdə olan xarici dövlət və hökumət rəhbərlərinin xüsusilə Trampın otelində qalmağı seçdikləri və Trampın bu şəkildə gəlir götürdüyü ittihamı ilə başladılan cinayət işi ilə bağlı Merilend Federal Məhkəməsi Trampın Floridadakı oteli və digər mallarının cinayət işinə daxil edilməməsini, Vaşinqtondakı otellə bağlı prosesin davam etdirilməsini qərara almışdı.

Appelyasiya məhkəməsi Trampı haqlı hesab elədi

Appelyasiya məhkəməsi isə Merilend məhkəməsinin qərarını pozaraq, Trampın Vaşinqtondakı otelindən qanuna zidd şəkildə mənfəət qazanmadığını bildirib.

ABŞ Konstitsusiyasına görə, ölkə prezidentləri də daxil olmaqla, federal hökumət işçiləri vəzifə başında olduqları müddətdə xarici dövlətdən hədiyyə və qazanc ola biləcək heç bir şey almamalıdırlar.

Demokratlar qanunun pozulduğunu iddia edirlər

Demokratlar isə Trampın rəhbər olduğu gündən bəri bir çox investisiyalar vasitəsi ilə xarici ünsürlərdən gəlir qazanmağa davam elədiklərini və bunun Konstitusiyanı pozmaq demək olduğunu bildirirlər.

Tramp isə məhkəmənin qərarından sonra “Tvitter”dəki açıqlamasında “Dərin dövlət və demokratların cadugər ovu”nda qələbə qazandığını bildirərək, yazıb: “Prezidentiniz olaraq sizə xidmət eləmək və yaxşı işləmək üçün pul qazanmaq əvəzinə sərvət itirirəm, üstəlik, maaş da almıram”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA