Səs-küylü yerdə namazı necə qılmaq və səsi necə tənzimləmək lazımdır?

Səs-küylü yerdə namazı necə qılmaq və səsi necə tənzimləmək lazımdır?

Namazın mühüm şərtərindən biri də qiraətdə (surələrin oxunuşunda) səs həddinə düzgün riayət etməkdir. Belə ki, uca səslə (cəhr ilə) qılınmalı olan namazları qəsdən və bilərəkdən asta səslə qılmaq, asta səslə (ixfa ilə) qılınmalı olan namazları isə bilərəkdən və qəsdən uca səslə qılmaq namazı batil edə bilər.

Hurriyyet.org islam.az-a istinadən bildirir ki, asta səslə qılınan namazın sözləri insanın özünün eşidəcəyi dərəcədə astadan və pıçıltı ilə deyilməlidir. Uca səslə qılınan namazın sözlərini isə elə demək lazımdır ki, namazda yanında durmuş adam onun səsini eşitsin. Amma səsi yüksəltməyin də həddi vardır. Hətta uca səslə qılınan namazı belə, harada qılınmasından asılı olmayaraq, qışqıra-qışqıra qılmaq olmaz. Bu şərtlər normal mühitə aiddir. Səsli-küylü yerlərdə namaz qılarkən səsi elə tənzimləmək lazımdır ki, sanki normal mühitdə namaz qılırsan, yəni insan sanki normal mühitdəki kimi surələri oxumalıdır.