Səudiyyə Qətəri işğal edəcəkdi? - “Biz qoymadıq” - ABŞ-dan ŞOK İDDİA

  • 2019-05-24 18:08:07
  • |
  • Dünya /

Səudiyyə Qətəri işğal edəcəkdi? - “Biz qoymadıq” - ABŞ-dan ŞOK İDDİA

Hurriyyet.org xəbər verir ki, Amerikada dərc olunan “Voll Strit Cornel” ( The Wall Street Journal) qəzeti Səudiyyə Ərəbistanının Qətəri işğal eləmək planının qarşısının ABŞ tərəfindən alındığını iddia edib. Qəzeti Səudiyyə Ərəbistanın liderlik elədiyi 4 ölkənin Qətərə qarşı birləşməsinin arxasında bu ölkənin dünyanın ən zəngin qaz yataqlarına sahib olmasının dayandığını yazıb: “Şahzadə Salman dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olan Qətəri bir gecədə işğal edəcəkdi, lakin bu baş vermədi”. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı ordusu terroru dəstəklədiyi bəhanəsi ilə 2017-ci ildə Qətəri işğal eləməyi planlaşdırırmış, lakin ABŞ buna imkan vermədiyi üçün plan baş tutmayıb.

Qəzetin yazır ki, dünyada təbii qaz ehtiyatlarına görə altıncı pillədə olan Səudiyyə Ərəbistanı təbii qazın istehsal edilməsiyini neftdən daha az xərc tələb edən və daha çox mənfəətli hesab edir.

Qətər dörd tərəfdən blokadaya alınmışdı

2017-ci il iyunun əvvəllərində Səudiyyə Ərəbistanının başçılığı ilə Misir, BƏƏ və Bəhreyn terroru dəstəklədiyi bəhanəsi ilə Qətərlə diplomatik və iqtisadi əlaqələrini dayandırmış, dəniz, quru və hava sərhədlərini, limanlarını Qətərin üzünə bağlamışdılar.

Dünyada ən böyük təbii qaz yataqları aşağıdakı ölkələrdədir (trilyon kubmetr):

İran 33,5 trilyon

Rusiya 32,3 trilyon

Qətər 24,3 trilyon

Türkmənistan 17,5 trilyon

ABŞ 8,7 trilyon

Səudiyyə Ərəbistanı 8,4 trilyon

Birləşmiş Ərəb Əmirlikləri 6,1 trilyon

Venesuela 5,7 trilyon

Çin 5,4 trilyon

İraq 3,7 trilyon

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA