Səudiyyə Ərəbistanı ilə İran müharibə edərsə, nələr baş verər?

Səudiyyə Ərəbistanı ilə İran müharibə edərsə, nələr baş verər?

Cənublu soydaşlarımızın yaşadığı ölkə təhdidlə üz-üzədir

Hurriyyet.org xəbər verir ki, Yaxın Şərqdə iki fərqli məzhəbə qulluq edən və əsrlərlə böyük bir qarşıdurma içərisində olan Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik son dövrdə həddindən artıq artıb. BBC Dünya xidməti radiosunun "The Inquiry" proqramı bu iki ölkənin arasındakı gərginliyin müharibəyə çevriləcəyi təqdirində nələr olan biləcəyindən yazıb.

Bu həftə Səudiyyə Ərbistanının paytaxtı Riyadda Kral Salman bin Əbdüləziz əl Səudiyyənin rəsmi qərargahı olan Əl Yamama sarayını hədəfə alan raket hücumu baş verib və həmin ballistik raket havadaca məhv edilib. Səudiyyə Ərəbistanı husilərin atdığı raket hücumunun günahkarının İran olduğunu iddia edir. İran isə Yəməndəki heç bir qrupla silah əlaqəsinin olmadığını bəyan edib.

BBC Dünya radiosunun "The Inquiry" programı,”Səudiyyə Ərəbistanı ilə İran müharibə edərlərsə, nə baş verər” sualını qoyaraq buna cavab axtarıb. Verilişdə dörd nəfər işitak edib: Körfez bölgəsi üzrə mütəxəssis, Vaşinqton intitutundan olan Maykl Nayts, NATO və ABŞ ordusunun Yaxın Şərq məsələləri üzrə müşaviri Antoni Kordesman, Con Hopkins universitetinin strateji araşdırmalar üzrə elmi əməkdaşı Mara Karlin və Beynəlxalq Böhran Qrupunun İran məsələləri üzrə direktoru Əli Vaezin. Proqramda iştirak edən ekspertlərin fikrincə bu iki müsəlman ölkəsi arasında silahlı toqquşma baş verərsə, aşağıdakılar olacaq:

1) Soyuq müharibə.

Mütəxəssislər iki ölkənin hal-hazırda dolayı şəkildə döyüş içərisində olduğunu bildirirlər. Bir tərəfdən Səudiyyə Ərəbistanın arxasında durduğu müxtəlif qruplar, yaxud da dövlətlər, İran, xüsusilə də İnqilab Keşikçiləri tərəfindən hərbi dəstək verilən dövlət və ya silahlı təşkilatlar arasında vir çox ölkələrdə müxtəlif döyüşlər baş verir.

Bu dolayı döyüşlərdə, xüsusilə də inqilab keşikçilərinin varlığı diqqəti cəlb edir. Dünyanın ən fəal hərbi təşkilatlarından biri kimi qiymətləndirilən İnqilab Keşikçiləri öz müttəfiqlərini təsirli bir şəkildə dəstəkləməklə yanaşı, qarşı qrupları qorxutmaqdadır.

“The Inquiry” verilişində çıxış edən mütəxəssislər Səudiyyə Ərəbistanı ilə İran arasındakı dolayı döyüşlərin Yəmən və Suriya başqa olmaqla bir çox ölkədə baş verdiyini diqqətə çatdırıblar. Yəmənin cənub qonşusu olduğu üçün Səudiyyə Ərəbistanı üçün mühüm olduğunu bildiriblər.

Bundan başqa iki ölkə Suriyada da müxtəlif tərəfləri dəstəkləyirlər. Səudiyyə Ərəbistanı ilə İranın rəqabətinin təsir elədiyi digər ölkələrə misal olaraq isə İraq, Livan və Bəhreyn göstərilir.

Mütəxəssislər, kiçik bir qığılcımın belə, bu soyuq müahribənin alovlu döyüşlərə keçə biləcəyi barəsində xəbərdarlıq edirlər.

2) Üçölçülü şahmat: mütəxəssislər, iki tərəfin arasındakı gərginliyin alovlu döyüşlərə keçəcəyi halda bunun xüsusilə də hava qüvvələri arasında baş verəcəyini bildirirlər.

İranın hava donanması nə qədər köhnəlsə də, olduqca yaxşı xidmət göstərildiyindən hələ də işlək haldadır. İranın əlində körfez müharibəsindən sonra İraqdan və 1980-ci illərdə də Rusiyadan aldığı az sayda hərbi təyyarə var.

Səudiyyə Ərəbistanının hava donanması isə İranınkından çox güclüdür. Səudiyyənin ixtiyarında “Eurofighter Typhoon” və “F-15 Eagle” kimi ən müasir texnologiyalı hərbi təyyarələr var.

Hərbi təyyarələrin müqayisəsində Səudiyyə Ərəbistanının rəqibinə görə çox mühüm bir üstünlüyü olduğu görünür. Lakin söhbət raketlərdən getdikdə, vəziyyət dəyişir. Çünki, İran çox sayda ballistik raketə sahibdir və eyni zamanda çox sayda da idarə edilən raket almaqdadır. İranın əlindəki raketlər, Səudiyyə Ərəbistanındakı şəhərləri vura biləcək mənzilə malikdir.

Hər iki ölkə üçün də elektrik istehsalı və içməli su kimi mühüm sistemlərin hava hücumlarına qarşı çox kövrək olduğu bildirilir. Hava hücumuna qarşı müdafiəsiz olan digər sahələr də neft və təbii qaz müəssisələridir. Həm Səudiyyə Ərəbistanının, həm də İranın iqtisadiyyatının enerji gəlirlərindən asılı olduqları nəzərə alındıqda, bu müəssisələri hədəfə ala biləcək döyüşlərin iqtisadi fəsadlarının da təkcə bu iki ölkə üçün deyil, dünya miqyasında da çox ağır zərərlərə səbəb olacağı gözlənilir.

İki ölkənin qlobal iqtisadiyyatının enerji qəzasına gətirə biləcəyi və dünyanın digər güclü ölkələri ilə müttəfiqlik münasibətləri nəzərə alınsa, baş verə biləcək döyüşlər çoxölçülü bir xaos doğura bilər.

3) Başqa ölkələrin iştirakı.

Mütəxəssislər Səudiyyə Ərəbistanı ilə İran arasında baş verə biləcək bir döyüşün sadəcə bir ölkə ilə məhdudlaşmayacağını düşünürlər.

Səudiyyə Ərəbistanı, başda ABŞ olmaqla, İngiltərə və Fransa kimi bir sıra Qərb ölkəsinin strateji müttəfiqidir. İranın Rusiya və regionun başqa bir mühüm ölkəsi olan İraq ilə sıx əlaqələri mövcuddur. Belə bir hərbin İsraili belə daxilinə çəkmək potensialı olduğu bildirilir.

Səudiyyə Ərəbistanı ilə İran aasında baş verən bir müharibəyə ABŞ-ın da daxil olması aşkar güman edilir.

Mütəxəssislər, ABŞ-ın bu bölgədə çox sayda bazasının olduğunu, 35 min hərbçisinin yerləşdiyini və hərbi gəmilərinin də hazır vəziyyətdə olduğu bildirilir. Bu da ABŞ-ın “bir neçə saat içərisində” döyüşə daxil olmasına imkan yaradır.

ABŞ-ın daxil olacağı halda İran ordusunun ciddi itkilər verəcəyi bildirilir. ABŞ hərbi müdaxiləsinn də müharibənin “qısa və sərt” davam etməsini təmin edəcək bir təsir olacağı bildirilir.

4) Müharibədən sonra.

Mütəxəssislər belə bir müharibənin qısa davam edəcəyini və bu səbəbdən insan itkisinin az olacağını, lakin təsirinin uzun illər sonra da davam edəcəyini düşünürlər.

Bunun səbəblərinin başında da müharibənin iqtisadi təsirləri və enerji müəssisələrinə verəcəyi zərər gəlir. Bu vəziyyətin dünyada neft qiymətlərinin artmasında və bunun nəticəsində də dünya iqtisadiyyatında durğunluq yaratmağa qədər bir sıra mənfi təsirinin baş verməsinə səbəb olacağı bildirilir.

ABŞ-ın müharibəyə daxil olması, İran ordusunun əlindəki imkanların mühüm şəkildə zərər görməsinə səbəb ola biləcəyi güman edilir.

Lakin bu müharibənin İranın digər ölkələrdəki şiə milisləri dəstəkləməsinin qarşısını alması ehtimalı zəif görünür. Nəticədə Yaxın Şərqin bir çox nöqtəsində yeno döyüşlərin baş verməsi və mövcud münaqişələrin daha da kəskinləşməsi mümkündür.

Bu ssenari həyata keçərsə, insan itkiləri çoxalacaq və milyonlarla insan qaçqın vəziyyətinə düşəcək.

Hurriyyet.org

Loading...

QALEREYA