Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ silahlarını YƏMƏNDƏ SATIRLAR

  • 2019-02-05 12:20:13
  • |
  • Dünya /

Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ silahlarını YƏMƏNDƏ SATIRLAR

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dan aldığı silahları Əl Qaidə ilə əlaqəsi olan qruplar da daxil olmaqla, sədaqət qarşılığında Yəməndə bir çox qruplaşma və qəbilələrə verdikləri ortaya çıxıb.

Amerikanın CNN televiziyası Yəməndə apardığı bir araşdırmada körfəz koalisiyasının çirkin əlaqələrini gün üzünə çıxarıb.

Video və fotoların fakt kimi ortaya qoyulduğu xəbərdə, ABŞ silah və texnikasının bir qisminin radikal təşkilatların əlində olduğu və döyüşdən sonra İranın dəstəklədiyi Husilər tərəfindən müsadirə edildiyi görünür.

CNN kanalına müsahibə verən yerli mənbələrin iddiasına görə, “Səudiyyə Ərəbistanı və onun koalisiyadakı əsas müttəfiqi BƏƏ-nin Yəməndə qəbilə və qruplara sədaqət qarşılığında Amerika istehsalı olan silahları və texnikanı verib”.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə satılan Amerika silah və texnologiyasını üçüncü bir tərəfə verməyi qadağan edir.

Səudiyyə ilə Əmirliklərin bu qaydanı pozmuş olması ABŞ-ın bu iki ölkəyə silah satışı bahasına öz qaydalarının pozmasına göz yumduğu barəsində şərhlərin səsləndirilməsinə səbəb olub.

Küçədə Amerika silahları

CNN-nin xəbərində Yəmənin Taiz şəhərində geyim dükanda həm də tapança və tüfənglərin satıldığı görünür.

Dükanda divardan çox sayda silahın asılı olduğu görünür. CNN müxbiri özünü müştəri kimi təqdim edərək “Amerika silahları da varmı?” sualını verir. Dükan sahibi cavabında deyir: “Amerika silahları bahalıdır və təqib edilir. Amma xüsusi sifariş olanda gətirə bilərəm”.

Digər tərəfdən isə Əl Qaidə ilə əlaqədar olan AQAP terror təşkilatının qalası hesab edilən Taiz küçələrində Amerika istehsalı olan onlarla MRAP tipli zirehli texnikanın olması diqqəti cəlb edir.

ABŞ-ın satışına xüsusi məhdudiyyət qoyduğu "Oshkosh M-ATV" tipli zirehli texnikaların da AQAP təşkilatının Ibu Abbas briqadasının əlində olduğu təsvirləri yayılıb. Səudiyyə Ərəbistanının lideri olduğu koalisiyanın 2015-ci ildə içərisində TOW tipli antitank raketlərinin də olduğu bir silah paketini havadan Yəmənin dəstəklədiyi qüvvələrə atdığı, lakin silahların AQAP terrorçularının əlinə keçdiyi bəlli olub.

Yerli məmurlar CNN əməkdaşlarının silahların atıldığı bölgədə araşdırma aparmasına icazə verməyib. Televiziyaya müsahibə verən bəzi yerli mənbələr TOW raketlərinin pul qarşılığında AQAP-a satıldığını iddia ediblər.

Hudeyda rayonunda çəkilmiş təsvirlərdə isə bir avtomobil təmirçisinin qarşısında onlarla MRAP tipli zirehli texnika olduğu diqqəti çəkir.

Elwiyat əl Emalka adlı sələfi qrupun gerbi olan texnikaların birinin seriya nömrəsi onun ABŞ-ın Texas ştatının Byutmont şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabiyə ixrac edilməsini aşkara çıxarıb.

Xəbərdə bildirilir ki, döyüşlər zamanı bu texnikaların bir qismi Husilərin də əlinə keçib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA