Səudiyyə Ərəbistanında neft kəmərinə hücum… – "Qara qızıl"ın qiyməti bahalaşdı

Səudiyyə Ərəbistanında neft kəmərinə hücum… – "Qara qızıl"ın qiyməti bahalaşdı

Bu gün Bakı vaxtı ilə saat 16:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,57% artaraq 71,33 dollara yüksəlib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,46% artaraq bir barelə görə 61,93 dollara bərabər olub.

Neftin qiymətindəki artım Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücumla bağlı xəbərlərlə əlaqələndirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA